Fransa İspaniya ilə sərhədə əlavə qüvvələr yerləşdirib

A- A A+

Fransanın daxili işlər naziri Loran Nünez iyulun sonunda İspaniyanın Seuta anklavında baş verən kütləvi miqrant axınından sonra Fransa–İspaniya sərhədinə əlavə 334 polis və jandarm yerləşdirildiyini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, nazirin bildirdiyinə görə, bu tədbir sərhəddə fəaliyyət göstərən təhlükəsizlik resurslarını 5 dəfə artırır. Gücləndirilmiş nəzarətə təyyarə və pilotsuz uçuş aparatlarının cəlb edilməsi, həmçinin iki ölkə arasında hərəkət edən qatarlarda yoxlamaların sərtləşdirilməsi də daxildir.

Qeyd edək ki, kütləvi miqrant axını iyulun 30-dan 31-nə keçən gecə baş verib, on minlərlər insan Mərakeşlə Seuta arasındakı quru və dəniz sərhədini keçib. Rəsmi məlumata əsasən, hadisə nəticəsində İspaniya tərəfdə azı 72, Mərakeş tərəfdə isə 11 nəfər həyatını itirib. Seutadakı bəzi mənbələr isə sudan çıxarılan cəsədlərin sayının 88-ə çatdığını bildiriblər. İspaniya hakimiyyəti miqrantların demək olar ki, hamısını qısa müddətdə Mərakeşə geri qaytarıb. Bununla belə, hazırda Seutada hələ də 3–5 min arasında miqrantın qaldığı, onların arasında azyaşlıların olduğu bildirilir. İspaniya dənizdə üzən sərhəd maneəsi quraşdırıb, həmçinin bölgədə hərbi və polis qüvvələrinin sayını artırıb.

Böhran Avropa İttifaqında xarici sərhədlərin qorunması və üzv dövlətlər arasında məsuliyyət bölgüsü ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: