Leypsiq aeroportunda PUA tapılıb

A- A A+

Almaniyanın Leypsiq şəhərindəki Halle hava limanında üzərinə naməlum cisim bərkidilmiş pilotsuz uçuş aparatı (PUA) aşkar edilib. Sonradan bunun partlayıcı qurğu olduğu məlum olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilib ki, detonatoru olan PUA Ukraynaya məxsus "An-24" yük təyyarəsinin yaxınlığında aşkar edilib.

Federal polis əraziyə bomba zərərsizləşdirmə üzrə mütəxəssisləri göndərib.

Uçuşlar dərhal dayandırılıb və hava hərəkətinin istiqaməti dəyişdirilib. Bir neçə təyyarə ehtiyat aerodromlara yönləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: