Nyu-York evtanaziyanı qanuniləşdirən 14-cü ABŞ ştatı olub

A- A A+

Sağalmaz xəstəlik nəticəsində ömrünə altı aydan çox qalmayan Nyu-York (ABŞ) sakinləri həyatı sonlandıran preparatları qanuni şəkildə tələb edə bilərlər.

NUHÇIXAN-ın "Politico"ya istinadən verdiyi məlumata görə, qanun bu gün qüvvəyə minib.

Daha əvvəl, fevral ayında onu Nyu-York ştatının qubernatoru Keti Hokul imzalayıb.

Qanuna əsasən, evtanaziya hüququ əldə etmək üçün şəxs 18 yaşından kiçik olmamalı; altı ay ərzində ölümlə nəticələnəcək sağalmaz xəstəlik barədə həkim tərəfindən təsdiqlənmiş diaqnoza malik olmalı; ştatda daimi yaşadığını təsdiq etməli; həmçinin sağlam düşüncəyə malik və ölümcül doza dərmanı müstəqil şəkildə qəbul etmək üçün fiziki cəhətdən qadir olmalıdır.

"Dünyəvi kilsə" təşkilatının nümayəndəsi Nikolett Simmonds bildirib ki, qanun sağalmaz xəstələrin həyatlarının sonlandırılmasına kömək etməkdə heç bir şəkildə iştirak etmək istəməyən dini tibb müəssisələrinin müdafiəsini özündə ehtiva edir.

Qeyd etmək lazımdır ki, qanun katolik kilsəsi, əlillərin hüquq müdafiəçiləri və bəzi tibb müəssisələri tərəfindən müqavimətlə üzləşən tərəfdarlarının on illik mübarizəsindən sonra qüvvəyə minir.

Nyu-York evtanaziyanı qanuniləşdirən 14-cü ABŞ ştatı olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: