Son günlər Şimali Kiprdə hökm sürən anomal isti hava əmək şəraitinin pisləşməsinə səbəb olub.
NUHÇIXAN xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Əmək Nazirliyinin qərarına əsasən, avqustun 15-dək ölkə ərazisində hər gün saat 12:00-dan 16:00-dək açıq havada işləmək qadağan edilib.
Nazirlik işəgötürənlərə iş gününün başlanğıcını daha erkən saatlara keçirməyi tövsiyə edib.
Səlahiyyətli qurumlar ekstremal istilərlə əlaqədar sağlamlıq üçün ciddi risklərin mövcud olduğuna diqqət çəkiblər.
Havanın temperaturunun bəzi ərazilərdə 43 dərəcəyə çatdığı ŞKTC-də analoji qadağa iyulun 22-dən avqustun 1-dək də qüvvədə olub.
