ABŞ Prezidenti Donald Trampın administrasiyası bu həftə mikrosxemlərin və günəş panellərinin istehsalında istifadə olunan polisilikona gömrük rüsumları tətbiq etməyi və minimum idxal qiymətləri müəyyənləşdirməyi planlaşdırır.
NUHÇIXAN-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, ABŞ hakimiyyəti bu barədə qərarı artıq avqustun 6-da elan edə bilər.
Qeyd olunub ki, bu tədbir polisilikonun və ondan hazırlanan məhsulların daxili istehsalının stimullaşdırılmasına yönəlib.
Agentliyin məlumatına görə, ABŞ administrasiyası həmçinin təkcə polisilikon deyil, günəş batareyaları üçün müxtəlif avadanlıqların idxalına da 15 faizlik rüsumların tətbiqi və minimum qiymətlərin müəyyənləşdirilməsi məsələsini müzakirə edib.
