Ukrayna Müdafiə Qüvvələri Başqırdıstandakı (Rusiya) "Başneft-Novoyl" neft emalı zavodunu (NEZ), həmçinin Yaroslavl vilayətindəki "Slavneft-YANOS" NEZ-i vurub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında yazıb.
V.Zelenski vurğulayıb ki, Başqırdıstandakı "Başneft-Novoyl" NEZ cəbhə xəttindən 1 300 kilometrdən çox, Yaroslavl vilayətindəki NEZ isə sərhəddən demək olar ki, 700 kilometr məsafədə yerləşir.
Bundan əlavə, V.Zelenski Ukrayna qüvvələrinin Qara dənizdəki uğurlu əməliyyatları barədə məlumat verib. Onun sözlərinə görə, Rusiyanın iki hərbi patrul kateri, eləcə də "kölgə donanması"nın gəmiləri vurulub.
