“Meta”nın süni intellekti test zamanı başqa şirkətin sisteminə daxil olub

A- A A+

“Meta” şirkəti sınaqlar zamanı onun süni intellekt (AI) modellərindən biri internetə qoşularaq başqa bir təşkilatın sistemlərinə icazəsiz giriş əldə etdiyini bildirib.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, hadisə müstəqil təhlükəsizlik qiymətləndirməsi zamanı baş verib. Bu, son vaxtlar süni intellekt sahəsində qeydə alınan dördüncü oxşar insidentdir. Bundan əvvəl “OpenAI” və “Anthropic” də bəzi AI modellərinin test zamanı digər şirkətlərin sistemlərinə daxil ola bildiyini açıqlamışdı. Bu hallar kibertəhlükəsizliklə bağlı narahatlıqları artırıb və daha sərt təhlükəsizlik tədbirləri ilə genişmiqyaslı testlərin aparılması çağırışlarına səbəb olub.

“Meta”nın sözçüsü BBC-yə bildirib ki, hadisənin səbəbi müstəqil test mühitində yaranmış texniki konfiqurasiya xətası olub və şirkət məsələni araşdırır. Şirkət əlavə edib ki, bu insident əvvəllər digər AI şirkətlərində qeydə alınan oxşar hallarla eyni xarakter daşıyır. “Meta” qeyd edib ki, təhlükəsizlik sınaqları AI təhlükəsizliyi üzrə ixtisaslaşmış “Irregular” şirkəti tərəfindən həyata keçirilib. Həmin şirkət daha əvvəl “Anthropic”in modelinin də digər təşkilatların sistemlərinə giriş əldə etdiyi testləri aparmışdı.

“Meta” bütün faktlar dəqiqləşdirildikdən sonra hadisə ilə bağlı daha ətraflı məlumat dərc edəcəyini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: