Astronomlar Günəşin yaxın məsafədən ən mükəmməl şəklini əldə ediblər

A- A A+

ABŞ Milli Elm Fondunun “Daniel K. İnoye” teleskopundan istifadə edən astronomlar Günəşin səthinin indiyə qədər mövcud olan ən mükəmməl şəklini çəkiblər. Onlar əvvəllər müşahidə olunmayan burulğana bənzər plazma hərəkətlərini də aşkar ediblər.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, alimlər Havayda yerləşən teleskop vasitəsilə Günəş səthinin indiyə qədər ən ətraflı görüntülərini əldə ediblər.

Tədqiqatçılar Günəş səthində müxtəlif sürətlə hərəkət edən plazmaların yaratdığı dalğalanmaların ulduzun maqnit sahəsindəki daimi dəyişikliklər səbəbindən meydana gəldiyini və bu hərəkətlərin ilk dəfə olaraq bu qədər ətraflı şəkildə müşahidə edildiyini bildiriblər.

Astronomlar qeyd ediblər ki, bu burulğanlar Yerdəki elektrik şəbəkələrinə və peyklərə təsir edən kosmik hava hadisələrini artıran enerji partlayışlarının əmələ gəlməsində mühüm rol oynayır. Tədqiqatın təfərrüatları “Nature” jurnalında dərc edilib.

“Daniel K. Inoye” məhz Günəşi müşahidə etmək üçün 2012-ci ildə vəfat etməzdən əvvəl 49 il ABŞ Senatında Havayı təmsil edən eyniadlı şəxsin adını daşıyır. Bu teleskop Günəşin səthini görünən və yaxın infraqırmızı işıq dalğa uzunluqlarında müşahidə etmək üçün nəzərdə tutulub. Məqsəd “kosmik meteorologiya” kimi tanınan Günəş sistemindəki atmosfer hadisələrinə plazma partlayışlarının və Günəş küləklərinin təsirinin daha dəqiq proqnozlaşdırılması və qiymətləndirilməsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: