Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır

A- A A+

Ermənistan rəhbərliyinin hazırkı siyasəti ölkənin hakim dairələrinin Rusiya ilə əsl müttəfiqlik çərçivəsində qarşılıqlı fəaliyyətə hazır olması ilə bağlı böyük şübhələr yaradır.

NUHÇIXAN Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev brifinqdə bildirib.

"Hələlik biz görürük ki, Ermənistan rəhbərliyi bizim əlaqələrimizin perspektivini birtərəfli hərəkəti olan küçə kimi qəbul edir. Və əlbəttə ki, biz daha real, balanslaşdırılmış yanaşmaya ümid edirik. İrəvanda guya alternativ vektorlar axtarmağa mane olan Moskva ilə eksklüziv münasibətlərdən imtina edirlər", - Fadeyev bildirib.

O həmçinin vurğulayıb ki, Moskva İrəvanın Rusiya ilə münasibətlərdə "şantaja keçmək" cəhdlərini müşahidə edir.

Fadeyev qeyd edib ki, Rusiya Ermənistandan ixraca qarşı "restriksiyalar" tətbiq etmir, bəzi kateqoriya malların keyfiyyəti ilə bağlı bir sıra problemlər mövcuddur.

"İxracla bağlı mövcud çətinliklər Moskvanın hansısa restriksiyaları kimi təqdim olunur, lakin anlamaq lazımdır ki, bunlar bizim restriksiyalarımız deyil... Ermənistan rəhbərliyi özü də bəzi kateqoriya malların keyfiyyəti ilə bağlı bir sıra problemlərin olduğunu açıq şəkildə etiraf edib", - o bildirib. Əlavə edib ki, əgər İrəvanda öz maraqlarının nəzərə alınmasına nail olmağa can atırlarsa, o zaman "nəyə görə Moskvanın da erməni tərəfdaşlarına qarşı analoji qarşılıqlı tələbi yaranmamalıdır?".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: