İngiltərənin şimalında baş verən elektrik enerjisi nasazlığı dəmir yolu şəbəkəsində ciddi fasilələrə səbəb olub.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, nəticədə minlərlə sərnişin axşam pik saatlarında uzun gecikmələr və qatarların ləğvi ilə üzləşib. Nasazlıq Mançesterin Ardvik rayonunda baş verib və bu, Mançester Dəmir Yolu İdarəetmə Mərkəzinin fəaliyyətinə təsir göstərib. Həmin mərkəz dəmir yolunda siqnallaşdırma sistemi də daxil olmaqla, qatarların təhlükəsiz hərəkətini idarə edən əsas nəzarət məntəqəsidir. Məlumata görə, ehtiyat enerji təchizatının işə düşməsində gecikmə yaranıb və bu da nəqliyyatın hərəkətində ciddi pozuntulara səbəb olub.
Nasazlıqdan təsirlənən operatorlar arasında “Avanti West Coast”, “East Midlands Railway”, “Northern” və “TransPennine Express” yer alır.
