Tailandın Nontaburi əyalətində məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, hücuma məruz qalan üç müəllim və üç şagird həlak olub, bir şagird isə intihar edib.
Yaralanan 15 nəfər xəstəxanalara yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.
