ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

A- A A+

Legioner xəstəliyi üçün əsas risk faktoru epidemiyaların coğrafiyası deyil, su təchizatının vəziyyətidir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST təhlükənin su sistemlərinin keyfiyyətindən asılı olduğunu vurğulayıb. Bakteriyaların çoxalmasının qarşısını almaq üçün, xüsusən də səhiyyə müəssisələrində və otellərdə su sistemlərini müntəzəm olaraq təmizləmək və zəruri hallarda dezinfeksiya etmək tövsiyə olunur.

Qeyd edək ki, “legionella” bakteriyalarının səbəb olduğu, pnevmoniyaya bənzəyən ağır və potensial ölümcül bir ağciyər infeksiyasıdır. Bu yaxınlarda Nyu-Yorkda iki nəfərin ölümü ilə nəticələnən legioner xəstəliyinin yayılması barədə məlumat verilmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: