Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

A- A A+

Avropada təbii qaz anbarlarının doluluq nisbəti hazırda 57 faizdir ki, bu da 2011-ci ildən bəri eyni tarixdə qeydə alınan ən aşağı səviyyədir.

NUHÇIXAN xəbər verir ki, “Gas Infrastructure Europe”nın (GIE) məlumatlarına görə, ötən ilin eyni dövründə qitədəki anbarların doluluq nisbəti təxminən 70 faiz təşkil edib.

2025/2026-cı il qış mövsümündən sonra anbarlardakı aşağı səviyyələr yay aylarında əvvəlki illərdəki kimi tez bir zamanda bərpa olunmayıb. Bunun əsas səbəbi ABŞ-İran müharibəsindən sonra qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarının kəskin şəkildə daralması, qiymətlərin sürətlə artması və asiyalı alıcıların Yaxın Şərqdən kənarda mayeləşdirilmiş LNG yükləri üçün avropalı alıcılardan daha yüksək qiymətlər təklif etməsidir. Buna görə də, Avropa dekabrın əvvəlinə qədər anbarlarında 80 faizlik tutum hədəfinə çatmaya bilər.

Analitiklər xəbərdarlıq edirlər ki, anbarların doluluq nisbərinin aşağı səviyyədə qalarsa, xüsusən də soyuq qış aylarında bu baş verərsə, noyabr-mart ayları arasında təbii qaz qiymətləri kəskin arta bilər.

Qətərdən mayeləşdirilmiş təbii qaz tədarükündəki fasilələr səbəbindən hazırda qısamüddətli müqavilə qiymətlərinin uzunmüddətli müqavilə qiymətlərindən yüksək olduğu tərs bazar strukturu yaranıb. Bu, şirkətləri anbarlar doldurmağa təşviq etmir, Avropanı qış şərtlərinə və Yaxın Şərqdən mayeləşdirilmiş təbii qaz axınının nə vaxt normal vəziyyətə qayıdacağı ilə bağlı qeyri-müəyyənliyə qarşı daha həssas edir.

“Wood Mackenzie” tədqiqat və konsaltinq şirkətinin məlumatına görə, Avropanın tarixən aşağı təbii qaz saxlama səviyyələri 2026/2027-ci illərin qış fəslində təchizat təhlükəsizliyini riskə atır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: