Tailandda məktəbdə atışma nəticəsində ölənlərin sayı, atəş açan şəxs də daxil olmaqla, 9 nəfərə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Khaosod" nəşri məlumat yayıb.
Polis əməkdaşları məktəbdə atışma törədən şagirdin evinə baxış keçirib və onun nənə ilə babasının cəsədlərini aşkar ediblər. O, məktəbə getməzdən əvvəl onları evdə güllələyib.
Şagirdin motivlərini və məktəbdəki mümkün problemləri aydınlaşdırmaq üçün araşdırma aparılır.
Atəş açan şəxsin təxminən 14 yaşı olub, o, intihar edib.
