Kansler Fridrix Mertsin sədrliyi altında Almaniya Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanında dronla bağlı insidenti müzakirə etmək üçün iclas keçirib.
NUHÇIXANAlmaniya mediasına istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi Stefan Kornelius bildirib.
Onun sözlərinə görə, Merts bu məsələ ilə bağlı daxili işlər naziri Aleksandr Dobrindt və federal hökumətin digər üzvləri ilə daimi əlaqədədir.
Merts hazırda məzuniyyətdədir, buna görə də iclası telefon vasitəsilə keçirib.
Medianın məlumatına görə, hava limanında dronlarla bağlı insidentlərdən sonra bu gün təxminən 100 nəfərlik polis dəstəsi şimal uçuş-enmə zolağı boyu ərazidə axtarış aparır. Onların dəqiq nə axtardığı hələlik məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu sahədə cümə axşamı da axtarış aparmışdılar.
