Pentaqon keçmiş nazirin məxfi məlumatlara çıxışını məhdudlaşdırıb

A- A A+

Pentaqon ABŞ-ın keçmiş Hərbi Hava Qüvvələri naziri Frenk Kendallın gizli məlumatlara çıxışını və məxfi xarakterli vəzifələr tutmaq imkanını məhdudlaşdırıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell X sosial şəbəkəsində məlumat verib.

"Pentaqon keçmiş Hərbi Hava Qüvvələri naziri Frenk Kendalın gizli məlumatlara çıxışını və hər hansı məxfi xarakterli vəzifə tutmaq imkanını dərhal məhdudlaşdırır", - deyə o yazıb.

Onun sözlərinə görə, qərar "prezident təyyarəsinin xüsusiyyətləri ilə bağlı məxfi məlumatların KİV-ə icazəsiz açıqlanması" ilə əlaqədardır.

Kendall 2021-2025-ci illərdə ABŞ prezidenti Co Baydenin administrasiyasında Hərbi Hava Qüvvələri naziri vəzifəsini tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: