ABŞ Müdafiə Nazirliyi naməlum uçan obyektlər haqqında arxiv materiallarının beşinci paketini yayımlayıb.
NUHÇIXAN xəbər verir ki, müvafiq məlumatlar Pentaqonun saytında yerləşdirilib.
Yeni materiallar toplusuna Yaxın Şərqdə çəkilmiş bir neçə videoyazı daxil edilib. 2025-ci ilə aid videolardan birində yaşayış binalarının üzərindən uçan dairə görüntülənib.
Pentaqon bildirib ki, əlavə materialları mütəmadi olaraq dərc etməyə davam edəcək. Naməlum uçan obyektlər haqqında arxiv məlumatlarının ilk hissəsi mayın 8-də açıqlanıb.
ABŞ prezidenti Donald Tramp aprelin sonunda naməlum uçan obyektlərlə bağlı məlumatları açıqlamaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, daha əvvəl bu mövzunu amerikalı hərbi pilotlarla müzakirə edib və pilotlar ona müşahidə etdikləri qeyri-adi hadisələr barədə danışıblar.
