Kolumbiya "Amerika qalxanı" alyansına qoşulacaq

A- A A+

Kolumbiyanın yeni prezidenti Abelardo de la Espriellya ölkənin ABŞ tərəfindən yaradılmış "Amerika Qalxanı" alyansına qoşulacağını bildirib.

NUHÇIXAN xəbər verir ki, o, bunu avqustun 7-də keçirilən andiçmə mərasimindən sonra dövlət başçısı kimi ilk çıxışında deyib.

De la Espriellyanın sözlərinə görə, vəzifəyə başladıqdan sonra ilk qərarlardan biri qüvvələrin birləşdirilməsini, strateji məlumat mübadiləsini və iştirakçı ölkələrin təhlükəsizlik sahəsində birgə fəaliyyətinin gücləndirilməsini nəzərdə tutan təşəbbüsə qoşulma haqqında sənədin imzalanması olacaq.

Prezident qeyd edib ki, Kolumbiya da digər dövlətlər kimi qlobal səviyyədə fəaliyyət göstərən cinayətkar strukturlara təkbaşına qarşı çıxa bilməz.

De la Espriellya həmçinin bütün dünya ölkələri ilə qarşılıqlı hörmət əsasında münasibətləri möhkəmləndirmək, eləcə də mövcud azad ticarət sazişlərini inkişaf etdirmək və yeni sazişlər imzalamaq niyyətində olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: