CENTCOM Hörmüz boğazında 53 ticarət gəmisinin istiqamətini dəyişdirib

A- A A+

ABŞ Silahlı Qüvvələri İran limanlarının blokadası bərpa olunandan bəri humanitar yardım daşıyan 35 gəminin Hörmüz boğazından keçməsinə icazə verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsində bəyanat yayıb.

"Amerikalı dənizçilər "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin uçuş göyərtəsində "F/A-18E Super Hornet" qırıcılarına texniki xidmət göstəriblər. Avqustun 8-nə olan məlumata görə, CENTCOM 53 ticarət gəmisinin istiqamətini dəyişdirib, ikisini sıradan çıxarıb və daha iki gəmiyə baxış keçirib", - paylaşımda bildirilib.

Xatırladaq ki, ABŞ iyulun 14-də İranın dəniz blokadasını bərpa edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: