Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var - FOTOLAR
Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə endirdiyi hava zərbələri nəticəsində çoxmərtəbəli binada dağıntı qeydə alınıb, ölənlər və xəsarət alanlar var.
NUHÇIXAN xəbər verir ki, Xarkov şəhər meri İqor Terexov “Telegram” səhifəsində hava hücumu zamanı çoxmərtəbəli yaşayış binasının 7-10-cu mərtəbələrinin uçduğunu bildirib. Qeyd edib ki, nəticədə 2 nəfər həlak olub, 20-yə yaxın insan isə xəsarət alıb. Dağıntılar altında insanların qaldığı ehtimal edilir.
Hazırda ərazidə dağıntıların təmizlənməsi işləri aparılır.