Fransada isti və quraqlıq səbəbindən Luara çayı dayazlaşıb

A- A A+

Fransada Luara çayında suyun səviyyəsi kritik dərəcədə aşağı səviyyəyə çatıb.

NUHÇIXAN BFMTV-yə istinadən xəbər verir ki, isti və quraqlıq səbəbindən çay yatağı gündən-günə daha çox üzə çıxır.

Luara sahilində yerləşən Luaroksans şəhərinin meri Jan-Pol Yuenin sözlərinə görə, suyun hazırkı səviyyəsi ilə regionda tarixi daşqının qeydə alındığı fevral ayındakı göstərici arasındakı fərq 8-9 metr təşkil edir.

O həmçinin yaxın vaxtlarda yağıntı düşməyəcəyi təqdirdə, şəhərdə içməli suyun istifadəsinə müvəqqəti məhdudiyyətlərin tətbiq oluna biləcəyindən narahatlığını ifadə edib.

Qeyd olunub ki, Avropanın digər böyük çayları, o cümlədən Reyn və Dunay kimi, Luaranın da dayazlaşması yağıntıların kifayət qədər olmaması və son aylarda müşahidə edilən anomal isti hava ilə əlaqədardır.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: