İraqda döyüş dronlarının hazırlanması ilə əlaqəli qrup saxlanılıb

A- A A+

İraq təhlükəsizlik qüvvələri qonşu ölkəyə pilotsuz uçuş aparatları ilə hücum hazırladığı ehtimal olunan qruplaşmalardan birinin tərəfdarları olan qrupu həbs edib.

NUHÇIXAN "Al Hadath" telekanalına istinadən xəbər verir ki, Babil əyalətində hərbiləşdirilmiş qruplaşmalardan birinə mənsub olan üç nəfər saxlanılıb.

Telekanalın mənbələrinin məlumatına görə, saxlanılan şəxslərdən İraqdan kənarda hücumlar üçün hazırlanmış bir neçə müasir pilotsuz uçuş aparatı götürülüb.

İddia edilib ki, qrup döyüş dronlarının hazırlanması ilə məşğul olan iranlı mütəxəssislərlə əlaqəli olub.

İraq hakimiyyətindən İranyönümlü birləşmələrlə əlaqəli qrupun Babildə saxlanılması barədə hələlik rəsmi təsdiq daxil olmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: