Spokan dairəsində (Vaşinqton ştatı) meşə yanğınları nəticəsində zərər dəymiş daşınmaz əmlakın bərpası üçün təxminən 800 milyon dollar tələb oluna bilər.
NUHÇIXAN bu barədə "Cotality" analitik şirkətinə və "Realtor" daşınmaz əmlak portalına istinadən xəbər verir.
"Realtor"un məlumatına görə, "Old Trails" yanğın 600-ə yaxın tikilini məhv edib, yanğın zonasında yaşayış daşınmaz əmlakının bərpa dəyəri isə təxminən 694,1 milyon dollar olaraq qiymətləndirilir. "Autumn Lane" yanğını təxminən 2,4 min hektar ərazini əhatə edib və 156 tikilini məhv edib. Yaşayış daşınmaz əmlakına dəyən zərər 68 milyon dollar olaraq qiymətləndirilir.
"Cotality"dən bildiriblər ki, daha bir yanğın - "Fairview" mənzil fonduna təxminən 32 milyon dollar məbləğində zərər vura bilər. Şirkətdən vurğulayıblar ki, qiymətləndirmələr ilkindir və zərər dəymiş rayonlarda binaların dəyərinin təhlilinə əsaslanır.
Qeyd edək ki, hələlik yanğınlar tam nəzarət altına alınmayıb. Onların lokallaşdırılma səviyyəsi 31 %-dən 47 %-ə qədər təşkil edir.
