Almaniya 2026-cı ilin birinci yarısında Çinlə ticarət kəsirini 2025-ci ilin birinci yarısındakı təxminən 40 milyard avrodan 2026-cı ildə 55 milyard avroya qədər artırıb.
NUHÇIXAN-ın "Reuters" agentliyinə istinadən məlumatına görə, Almaniyanın Çinə ixracı 12 %-dən çox azalaraq 37 milyard avrodan aşağı düşüb, Çindən idxal isə 8,9 % artaraq 91,8 milyard avroya çatıb.
Buna baxmayaraq, Çin Almaniyanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Yanvar-iyun ayları arasında ümumi ikitərəfli ticarət 128 milyard avronu keçib ki, bu da ABŞ ilə ticarətdən təxminən 3 milyard avro çoxdur.
2021-ci ildə Almaniyanın ən böyük ixrac bazarları arasında ikinci yeri tutan Çin indi doqquzuncu yerə düşüb. Ekspertlər tədarükün azalmasını Almaniyanın zəifləmiş iqtisadiyyatı və Çinin öz istehsal zəncirlərinə artan diqqəti ilə əlaqələndirirlər.
