Fransanın Avropa hissəsindəki 96 departamentdən 67-də quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Ölkənin qərbindəki Vandeya, Şaranta, Dənizkənarı Şaranta və şərqindəki Kot-d'Or departamentlərində vəziyyət daha ağırdır.
Telekanalın məlumatına görə, Fransadakı kiçik çay və dərələrin 43 faizi artıq quruyub və ya qurumaq təhlükəsi ilə üz-üzədir. Bu isə görünməmiş göstəricidir.
BFMTV vəziyyəti iyul ayının anomal dərəcədə isti keçməsi və 70 faizə çatan yağıntı çatışmazlığı ilə əlaqələndirir. Sinoptiklər leysanların mümkünlüyünə baxmayaraq, quraq havanın davam edəcəyini proqnozlaşdırırlar.
