Ər-Riyadda fabrikdə baş verən yanğın zamanı 16 banqladeşli fəhlə həlak olub

A- A A+

Səudiyyə Ərəbistanında divan istehsalı fabrikində baş verən güclü yanğın nəticəsində 16 banqladeşli fəhlə həlak olub.

Bu barədə NUHÇIXAN "Reuters" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, yanğın bazar günü Musa-Sənayə sənaye zonasında baş verib.

Banqladeş Xarici İşlər Nazirliyi vəziyyəti nəzarətdə saxlayır. Ölkənin Ər-Riyaddakı səfirliyinin əməkdaşları həlak olanların meyitlərinin repatriasiyası üçün zəruri rəsmi prosedurları yekunlaşdırmaq məqsədilə Səudiyyə Ərəbistanı rəsmiləri ilə təmasdadır.

Banqladeşin xaricdəki vətəndaşların rifahı və xaricdə məşğulluq naziri Ariful Hake Çoudhuri aidiyyəti qurumlara həlak olanların meyitlərinin ən qısa zamanda vətənə qaytarılmasını, habelə onların ailələrinə dövlət yardımının və təzminatın verilməsinin təmin edilməsini tapşırıb.

Səudiyyə Ərəbistanında 3,5 milyona yaxın Banqladeş vətəndaşı yaşayır. Krallıq banqladeşli əmək miqrantları üçün ən böyük istiqamət olaraq qalır. Ötən il onlar vətənə 2,7 milyard dollardan çox vəsait köçürüblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: