Filippində leysan və daşqınlar nəticəsində 12 nəfər ölüb

A- A A+

Filippində "Xabaqat" qasırğasının səbəb olduğu şiddətli yağışlar və daşqınlar nəticəsində ən azı 12 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

NUHÇIXAN Filippin mediasına istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarəsindən bildirilib.

Bundan başqa, 8 nəfər itkin düşüb.

Davam edən leysan yağışları ilə əlaqədar daşqın təhlükəsi səbəbindən təkcə Keson-Siti şəhərində 5 200-ə yaxın sakin təxliyə mərkəzlərinə yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: