Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

A- A A+

Almaniyada 15-24 yaşlı gənclərin əhalinin ümumi sayında payı tarixi minimum səviyyəyə düşüb.

NUHÇIXAN xəbər verir ki, Federal Statistika İdarəsinin (Destatis) məlumatına əsasən, 2025-ci ilin sonuna ölkədə 8,3 milyon nəfər bu yaş qrupuna daxil olub. Bu, Almaniya əhalisinin 10 faizini təşkil edib.

Gənclərin ümumi əhalidə payı artıq 2020-ci illərin əvvəlindən etibarən ən aşağı səviyyədədir. Müqayisə üçün, 1983-cü ildə indiki Almaniya ərazisində hər altı nəfərdən biri 15-24 yaşında olub və bu göstərici 16,7 faiz təşkil edib.

Ötən il gənclərin payı ölkənin şərq əyalətlərində daha aşağı olub. Brandenburqda göstərici 8,8 faiz, Meklenburq-Ön Pomeraniya və Saksoniya-Anhaltda 9,1 faiz təşkil edib. Ən yüksək göstəricilər Bremen (11,1 faiz), Hamburq (10,5 faiz) və Baden-Vürtemberqdə (10,4 faiz) qeydə alınıb.

Məlumata əsasən, Almaniyada miqrasiya keçmişi olan əhali arasında gənclərin payı daha yüksəkdir. 2025-ci ildə bu göstərici həmin qrupda 12,2 faiz, miqrasiya keçmişi olmayan əhali arasında isə 8,5 faiz olub.

Bu nisbət Avropa İttifaqı üzrə orta göstəricidən də aşağıdır. 2025-ci il yanvarın 1-nə İttifaq məkanında 15-24 yaşlıların orta payı 10,7 faiz olub. Ən yüksək göstərici İrlandiyada (12,7 faiz), ən aşağı göstərici isə Maltada (9,4 faiz) qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: