Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

A- A A+

Böyük Britaniya hökuməti “Brexit”dən sonra Avropa İttifaqı (Aİ) ilə münasibətləri daha da dərinləşdirmək niyyətindədir.

NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, Böyük Britaniyanın Aİ ilə “Brexit”dən sonrakı danışıqlarına cavabdeh olan hökumət nümayəndəsi Hamiş Falkoner ittifaqla daha iddialı münasibətlərin qurulmasına çalışacağını bildirib. Ötən ay Baş nazir Endi Börnhem tərəfindən Aİ ilə danışıqlar üzrə əsas nümayəndə təyin edilən H.Falkoner Leyboristlər hökumətinin Brüssellə əlaqələri daha da yaxınlaşdırmaq niyyətində olduğunu vurğulayıb.

O bildirib ki, Aİ ilə daha dərin və daha iddialı münasibətlərin qurulmasını istəyir. Baş nazir Endi Börnhem isə bundan əvvəl Kir Starmer hökumətinin Böyük Britaniya-Aİ danışıqlarında əldə etdiyi irəliləyişləri möhkəmləndirəcəyini vəd edib. Bununla belə, yeni hökumətin Leyboristlər Partiyasının növbəti seçkilər üçün manifestində Aİ ilə münasibətlərə dair müəyyən etdiyi əsas “qırmızı xətlər”ə sadiq qalıb-qalmayacağı hələ məlum deyil.

H.Falkoner, xüsusilə xidmət sektorunda əməkdaşlığın genişləndirilməsi üçün imkanlar gördüyünü deyib. Onun sözlərinə görə, xidmətlər sahəsi Aİ daxilində də daha az inteqrasiya olunmuş istiqamətlərdən biridir və hazırda ittifaqda məhsuldarlığın artırılması ilə bağlı geniş müzakirələr aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: