İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb

A- A A+

İspaniyada üzüm yığımı bu il xeyli erkən başlayıb. Anomal dərəcədə ifrat istilər səbəbindən Kataloniya şərabçıları iyulun 22-də yığıma başlayıblar ki, bu da İspaniya tarixində ən erkən məhsuldur.

NUHÇIXAN xəbər verir ki, yüksək temperatur üzümün daha tez yetişməsinə səbəb olur. Buna görə də şərabçılar məhsul yığımına erkən başlamaq qərarına gəliblər.

Hazırda Kataloniyada gündüz temperaturu 35-45 dərəcə Selsiyə çatır. “Reuters Climate Monitor”un məlumatına görə, Barselonada iyul ayında orta temperatur 65 il əvvəlkindən təxminən 6 dərəcə yüksək olub. Bu, üzüm plantasiyalarında çalışanların işini xeyli çətinləşdirib. Kataloniya şərabçısı “Reuters”ə bildirib ki, işçilərin bir neçəsi hətta sağlamlıq problemləri ilə üzləşib.

Şərabçılar qarşıdakı illərdə üzüm məhsulunun daha erkən yetişəcəyini gözləyirlər.

Erkən məhsul Avropa üzümçülüyünün dəyişən iqlimə necə uyğunlaşdığının daha bir nümunəsidir. Müxtəlif şərabçılıq bölgələrində artan temperatur və quraqlıq üzümün daha erkən yetişməsinə səbəb olur.

Qlobal istiləşmə Niderland şərabçılarına da təsir göstərir. Digər tərəfdən, isti iqlim onlar üçün imkanlar yaradır, çünki bu ölkədə üzüm daha yaxşı yetişə bilir. Nəticədə son illərdə Niderlandın şərabçılıq sektorunda artım müşahidə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: