Fransa və Böyük Britaniyada anomal istilərin növbəti dalğası gözlənilir

A- A A+

Sabahdan etibarən Fransa və Böyük Britaniyada yenidən anomal yüksək temperaturlar müşahidə olunacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Fransanın "Météo-France" meteorologiya xidməti və "The Guardian" məlumat yayıb.

Fransanın cənub-şərqində havanın temperaturu 40 dərəcəyə qədər yüksələ bilər.

"The Guardian"ın ölkənin Səhiyyə Təhlükəsizliyi Agentliyinə istinadən verdiyi məlumata görə, Böyük Britaniyada temperatur 36 dərəcəyə çata bilər. Əksər regionlarda hava şəraiti ilə bağlı yüksək təhlükə səviyyəsi elan edilib.

Böyük Britaniyada istilərin avqustun 11-dən 14-nə qədər davam edəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: