Bu il dünya okeanlarında iyul ayının rekord temperaturu qeydə alınıb.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının iqlim monitorinqi xidməti məlumat yayıb.
Bildirilib ki, dünyanın qütb bölgələrindən kənarda - 60 dərəcə şimal və 60 dərəcə cənub arasında - dəniz səthinin orta temperaturu ötən ay 20,96 dərəcə olub. Bu da əvvəlki - 2023-cü ildəki 20,89 dərəcəlik maksimumu üstələyib.
Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, ötən ay qlobal miqyasda rekord səviyyədə ikinci ən isti iyul ayı olub və temperatur sənaye dövründən əvvəlki orta göstəricidən 1,47 dərəcə yüksək olub.
