Böyük Britaniyada çayların yalnız 14 faizində suyun səviyyəsi təhlükəsizlik standartlarına cavab verir.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit Agentliyi məlumat yayıb.
Bildirilib ki, uzun müddət davam edən isti hava və yağışın yağmaması səbəbindən Böyük Britaniyada çayların 22 faizində suyun səviyyəsi son dərəcə aşağıdır. Bəzi çaylarda suyun temperaturu 27-28 dərəcəyə yüksəlib ki, bu da normadan 2 dərəcə çoxdur.
Su anbarlarının səviyyəsi isə 69 faizə düşüb.
