Avropa ölkələrində havanın temperaturu yenidən yüksələcək

A- A A+

Bu həftə Avropanın bir sıra yerlərində, o cümlədən Fransa, Almaniya, Niderland və Böyük Britaniyada havanın temperaturunun yenidən yüksələcəyi gözlənilir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Avropanın meteorologiya xidmətləri məlumat yayıb.

Bildirilib ki, bəzi bölgələrdə gündüz temperaturun mövsümi orta göstəricilərdən xeyli yüksək olacağı proqnozlaşdırılır. Məsələn, Fransada bu həftə temperaturun bəzi ərazilərdə 40 dərəcəyə yaxınlaşacağı bildirilir.

Qeyd edək ki, Avropanın bir sıra ölkələri yayın əvvəlindən bəri ardıcıl olaraq isti dalğalar və rekord yüksək temperaturlarla qarşılaşır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: