Alüminium qiymətləri son 7 həftənin maksimumuna yüksəlib

A- A A+

Beynəlxlaq bazarlarda alüminium qiymətləri son 7 həftənin maksimumuna yüksəlib.

NUHÇIXAN xəbər verir ki, hazırda London Metal Birjasında alüminium qiymətləri 1 faiz artaraq bir ton üçün 3337 dollardır. Bu, iyunun 23-dən bəri qeydə alınan ən yüksək səviyyədir. Qiymətlər iyun ayının sonundan bəri 8 faizdən çox artıb və bu da əsas metalların qiymətində daha geniş ralliyə səbəb olub. Mis qiymətləri də 0,1 faiz artıb, digər metalların qiymətləri isə azalıb.

Hörmüz boğazının tez bir zamanda açılması üçün razılaşmanın olma perspektivinin azalması və Yaxın Şərqdən tədarükü məhdud səviyyədə qalacağı ilə bağlı narahatlıqların artması fonunda alüminium qiymətləri 7-ci gündür ki, yüksəlişini davam etdirir.

Ekspertlərin fikrincə, Yaxın Şərqdə danışıqlar rəvan getmir və bu, alüminium qiymətlərinə müəyyən dərəcədə dəstək verəcək.

London Metal Birjasının anbarlarında alüminium ehtiyatları bu il davamlı olaraq azalıb, Çin və İndoneziyadan yeni tədarüklərə baxmayaraq, hazırda ehtiyatlar təxminən 250 min ton təşkil edir ki, bu da 1990-cı ilin noyabr ayından bəri ən aşağı səviyyədir.

Avropanın aparıcı alüminium istehsalçısı olan “Norsk Hydro” isə ötən ay Hörmüz boğazından ticarətin normal vəziyyətə qayıtmayacağı təqdirdə, alüminiumun illik qlobal tədarük kəsirinin 900 min tonu keçəcəyi barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, alüminium qiymətləri Yaxın Şərqdəki müharibənin əvvəlində yüksəlib, lakin daha sonra ABŞ və İran arasında danışıqlara başlayan zaman ucuzlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: