Parisdə sosial işçilər tətilə çıxıblar: yüzlərlə insan küçədə qalmaq riski ilə üz-üzədir

A- A A+

Fransada “Samu Social” əməkdaşları iyunun 23-dən davam edən tətil çərçivəsində təcili yerləşdirmə imkanlarının kəskin azaldılmasına etiraz edirlər. Sığınacaq axtaran şəxslərin və “Utopia56” da daxil olmaqla bir sıra assosiasiyaların qoşulduğu aksiyada 350-dən çox insan Parisin cənub-şərqində “Samu Social”ın qarşısındakı meydanda etiraz aksiyası keçirir.

NUHÇIXAN xəbər verir ki, etirazın əsas səbəbi qurum daxilində tətbiq edilən qənaət siyasətidir. İyunun əvvəlində “Samu Social” əməkdaşlarına xərclərin azaldılmasının zəruri olduğu bildirilib və bunun üçün sutkalıq 861 gecələmənin ləğv ediləcəyi açıqlanıb. Bu qərarın nəticəsində çoxsaylı benefisiarların yenidən küçədə qalmaq riski yaranıb.

İyunun 23-dən tətil edən “Samu Social” əməkdaşları bu qərarın etirazların əsas səbəbi olduğunu deyiblər. Onların sözlərinə görə, çətin iş şəraitində fəaliyyət göstərmək mümkün olsa da, görülən işin mahiyyəti və məqsədi aradan qalxdıqda bu işi davam etdirmək daha da çətinləşir.

Tətil nəticəsində bəzi şəxslərin yenidən yerləşdirilməsi mümkün olub. Lakin son günlər müvəqqəti sığınacaqlarda yaşayan bəzi şəxslərə telefon mesajları göndərilərək, yaşayış yerlərini tərk etmələri tələb olunub. Səbəb kimi onların artıq prioritet kateqoriyasına daxil olmaması göstərilir.

Etırazçılar bildiriblər ki, hamiləliyin yeddi ayından az müddətində olan qadınlar və üç aylıq uşaqlar artıq prioritet hesab edilməyəcək. Onların sözlərinə görə, bu vəziyyət xüsusilə həssas qrupların yenidən küçədə qalması riskini artırır.

Aksiya iştirakçıları yalnız yerləşdirmə imkanlarının azaldılmasına deyil, sosial işçilərin fəaliyyət resurslarının məhdudlaşdırılmasına da qarşı çıxırlar. Bildirilir ki, sosial sahədə çalışanların iş və həyat şəraiti göstərdikləri xidmətin keyfiyyəti və müraciət edən insanların vəziyyəti ilə birbaşa bağlıdır.

“Samu Social” əməkdaşı bütün gün küçədə qalmaq riski ilə üzləşən şəxslərin yenidən yerləşdirilməsinə nail olunana qədər mübarizənin davam etdiriləcəyini bildiriblər. “Qələbəyə qədər səfərbərliyi davam etdirəcəyik”, – deyə etirazçılar bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: