Kataniya aeroportu Etna vulkanının püskürməsi səbəbindən bağlanıb

A- A A+

İtaliyanın Kataniya şəhərindəki Vinçenzo Bellini adına Beynəlxalq Hava Limanı Etna vulkanının püskürməsi nəticəsində vulkan külünün yaranması səbəbindən tamamilə bağlanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Corriere Della Sera" nəşri məlumat yayıb.

SAC operator şirkəti Etnanın aktiv olması və atmosferə vulkan külünün atılması səbəbindən iki zonanın bağlanması müddətinin uzadıldığını bildirib.

"Kataniya hava limanından yola düşən və daxil olan bütün reyslər avqustun 11-i saat 19:00-dək dayandırılıb. Sərnişinlərə hava limanına yola düşməzdən əvvəl öz aviaşirkətlərindən reyslərinin statusunu yoxlamaq tövsiyə olunur", - şirkətdən bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: