Konya Qapalı Hövzəsində çökəkliklərin sayı 739-a çatıb

A- A A+

Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakətlərin İdarə Edilməsi İdarəsinin (AFAD) həyata keçirdiyi "Çökəklik həssaslığı xəritəsi" layihəsi çərçivəsində aparılan araşdırmalar nəticəsində Konya Qapalı Hövzəsində qeydə alınan çökəkliklərin ümumi sayı 739 olaraq müəyyən edilib.

NUHÇIXAN “TRT Haber”ə istinadla xəbər verir ki, iqlim dəyişikliyi, quraqlıq və yeraltı suların nəzarətsiz istismarı səbəbindən yaranan bu çökəkliklərin 702-si Konyada, 29-u Karamanda, 8-i isə Axsarayda yerləşir. Konyadakı çökəkliklərin 380-i quyu tipli olub, demək olar ki, hamısı son 30-35 ildə formalaşıb.

Süni intellekt və qabaqcıl peyk texnologiyalarından istifadə etməklə yenilənən inventarə əsasən, layihənin başlanğıcından bu yana bölgədə 126 yeni çökəklik qeydə alınıb. Mütəxəssislər bildirirlər ki, son illərdə həyata keçirilən tədbirlər və erkən xəbərdarlıq sistemləri sayəsində illik orta göstərici azalıb, əvvəllər ildə orta hesabla qeydə alınan 20 çökəklik indi onlu rəqəmlərə enib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: