Kolumbiyadan qəhvə ixracı ölkənin əsas limanında magistral yolları bağlayan və əməliyyatları pozan dağıdıcı zəlzələnin nəticələri səbəbindən demək olar, tamamilə dayandırılıb.
NUHÇIXAN-ın "Bloomberg"ə istinadən məlumatına görə, bu barədə Kolumbiya Qəhvə İxracatçıları Milli Assosiasiyasının (Asoexport) rəhbəri Qustavo Qomes bildirib.
O, ölkənin əsas ixrac limanı olan Buenaventuranın Kali-Buenaventura magistral yolundakı dağıntılar və zədələnmiş tunellər səbəbindən faktiki olaraq bağlandığını bildirib.
Qomez qeyd edib: "Hazırda ixrac əməliyyatları dayandırılıb. Yalnız pərakəndə daşımalar həyata keçirilə bilər, lakin ümumilikdə proses dayandırılıb. Yolların nə vaxt tam açılacağı barədə hələlik dəqiq məlumat yoxdur".
Karib dənizi limanları olan Kartagena və Santa Martaya logistika axınlarının istiqamətinin dəyişdirilməsi yük maşınlarının ciddi çatışmazlığı ilə çətinləşir. Vəziyyət zəlzələnin ölkənin cənub bölgələrində (Kauka, Narinyo, Valle-del-Kauka və Huila) məhsul yığımı mövsümünün pik dövründə baş verməsi ilə çətinləşib.
Qeyd edək ki, Kolumbiya dünyada ikinci ən böyük arabika qəhvəsi istehsalçısıdır və ayda təxminən 1 milyon 60 kiloqramlıq kisə ixrac edir.
