Cari ildə “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 86,81 dollar olacağı gözlənilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Qurumun ötənaykı proqnozu 81,91 dollar idi.
EIA-ya görə, “Light” markalı xam neftin bir barelinin orta qiyməti isə bu il 80,88 dollar olacaq. Əvvəlki proznoz 76,26 dollar idi.
Gələn il “Brent” neftinin bir barelinin qiymətinin orta hesabla 69,39 dollar, “Light”ın bir barelinin qiymətinin isə 65,39 dollar olacağı proqnozlaşdırılır. Əvvəlki proqnozlar müvafiq olaraq 64,76 dollar və 60,76 dollar idi.
EIA Hörmüz boğazından neft daşınmasına ciddi məhdudiyyətlərin avqust ayı ərzində də davam edəcəyini proqnozlaşdırır.
