Fransanın şimalında yerləşən Qravelin Atom Elektrik Stansiyasının üç reaktorunun fəaliyyəti dəniz suyunun vurulması məntəqələrinə çox sayda meduzanın daxil olması səbəbindən dayandırılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Fransanın elektrik enerjisi şirkəti olan “EDF” məlumat yayıb.
Bildirilib ki, bu vəziyyət qurğuların və personalın təhlükəsizliyinə, eləcə də ətraf mühitə təsir göstərmir. Meduzaların kütləvi şəkildə suqəbuledici sistemlərə daxil olması filtrasiya qurğularının tutulmasına səbəb ola bildiyi üçün qabaqlayıcı tədbirlər görülür.
Qeyd edək ki, Qravelin Atom Elektrik Stansiyasında qurğuların soyudulması üçün Şimal dənizinin suyundan istifadə olunur.
