Çin və İndoneziya birgə hərbi təlimlər keçirəcək

A- A A+

Çin və İndoneziyanın Hərbi Dəniz Qüvvələri (HDQ) avqustun ortalarında Tayvan adası yaxınlığında dənizdə təlimlər keçirəcək.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə CCTV telekanalı Çinin Milli Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir.

Təlimlər zamanı iki donanmanın freqatları rabitə vasitələrinin işlənməsi və dənizdə ehtiyatların doldurulması əməliyyatları da daxil olmaqla bir sıra manevrlər həyata keçirəcək.

"Təlimlərin məqsədi iki ölkənin donanmalarının birgə əməliyyat imkanlarının artırılması, praktiki əməkdaşlığın dərinləşdirilməsi və regionda sülh və sabitliyin qorunmasıdır", – Çinin Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: