Prezident Ərdoğan: Regionun problemləri regional aktorların özləri tərəfindən həll olunmalıdır

A- A A+

Ankara regional aktorların regionun məsələlərini özləri həll etmələri prinsipini daim müdafiə edib. Bu ideya Türkiyənin fundamental mövqeyini əks etdirir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Britaniyada nəşr edilən “Şərq-ül-Əvsat” qəzetinə müsahibəsində bildirib.

Türkiyə liderinin sözlərinə görə, bu yolda ilk addım Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə sazişinin imzalanması olub.

“Saziş regionda yeni şərtlərin nəticəsi və ortaq məsuliyyət hissinin təzahürü idi”, - deyə Prezident Ərdoğan bildirib və son hadisələrin qardaş və dost ölkələr arasında həmrəyliyin vacibliyini bir daha nümayiş etdirdiyini qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Ankara fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə, dialoq və məsləhətləşmə kanallarının gücləndirilməsini dəstəkləyir. Siyasətçi bildirib: “Uzunmüddətli sülhün açarı hərbi əməliyyatların dayandırılması deyil, qarşılıqlı etimad atmosferinin yaradılması, siyasi iradənin təzahürüdür və biz gələcək üçün ortaq vizyon olduğunu qəbul edirik”.

Ankara, Ər-Riyad və İslamabad arasında əldə edilən razılaşmaya qayıdan Türkiyə Prezidenti qeyd edib ki, Səudiyyə Ərəbistanında imzalanan saziş sülh və sabitlik üçün çalışan regiondakı bütün qardaş ölkələr üçün açıqdır və heç bir dövlətə qarşı yönəlməyib.

“Türkiyə sülhün, sabitliyin və qardaşlığın tərəfində olub və olmağa davam edəcək. Problemlərin həlli üçün kənardan tətbiq edilən “reseptlərin” fəlakətli nəticələrini bilirik. Regionun gələcəyi ölkələrin iradəsini nəzərə almadan formalaşdırıla bilməz”, - deyə Türkiyə lideri vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: