Macarıstanın yeni Prezidenti and içib

A- A A+

Macarıstan Ali Məhkəməsinin sabiq sədri, avqustun 11-də ölkə Prezidenti seçilmiş Andraş Baka parlament binasında and içib.

NUHÇIXAN xəbər verir ki, mərasim parlament üzvlərinin səsverməsindən sonra baş tutub və nəticədə Baka tələb olunan səs çoxluğunu qazanan yeganə namizəd olub.

Yeni dövlət başçısı çıxışında dövlət qurumlarına etimadı bərpa etməyin və Konstitusiya prinsiplərinə riayət etməyin vacibliyini vurğulayıb. O bildirib ki, Prezident yalnız ayrı-ayrı siyasi qüvvələri deyil, bütün xalqı təmsil etməli və dövlətin demokratik fəaliyyətinin qarantı qismində çıxış etməlidir. Andraş Baka, həmçinin qanunun aliliyinin və qurumların müstəqilliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, qərəzsizliyin qorunmasına və vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa çağırıb.

Seçkilərdən sonra çoxluq təşkil edən Tisa partiyasının parlament fraksiyası hüquqşünasın Prezident vəzifəsinə seçilməsini dəstəkləyib.

Andraş Baka qanunla nəzərdə tutulan keçid dövrü başa çatdıqdan sonra, avqustun 19-da rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq. O vaxta qədər parlamentin sədri Aqnes Forsthöffer dövlət başçısı vəzifəsini icra edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: