Cənubi Afrikada turistlər üçün yeni elektron giriş sistemi tətbiq ediləcək

A- A A+

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafosa xarici turistlərin ölkəyə girişini asanlaşdırmaq məqsədilə yeni elektron səyahət icazəsi (ETA) sisteminin istifadəyə verildiyini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Cənubi Afrika hökumətinin mətbuat xidməti məlumat yayıb.

Ramafosanın sözlərinə görə, yeni sistem ölkənin sərhəd təhlükəsizliyinin gücləndirilməsinə və miqrasiya proseslərinin daha səmərəli idarə olunmasına da imkan verəcək.

ETA ənənəvi kağız əsaslı viza rəsmiləşdirilməsi prosesini biometrik məlumatların və üz tanıma texnologiyasının tətbiq olunduğu rəqəmsal sistemlə əvəz edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: