Birləşmiş Ştatlar qlobal neft tədarükü və tələbatına dair prqonozlarını açıqlayıb.
NUHÇIXAN ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, bu il qlobal neft tədarükünün gündəlik orta hesabla 100 milyon 820 min barel, qlobal neft istehlakının isə sutkada 102 milyon 730 min barel olacağı proqnozlaşdırılır. Gələn il isə qlobal tədarükün gündəlik orta hesabla 109 milyon 740 min barelə, tələbatın isə sutkada 104 milyon 960 min barelə çatacağı gözlənilir.
“Qlobal neft istehlakının bu il ötən illə müqayisədə təxminən 1,2 milyon barel azalacağı nəzərdə tutulur. Bu azalmanın təxminən 800 min bareli OECD-yə üzv olmayan ölkələrin payına düşəcək. OECD-yə üzv olmayan ölkələrdə gündəlik neft istehlakının cari ildə 58 milyon 100 min bareldən 57 milyon 200 min barelə enəcəyi proqnozlaşdırılır.
Bundan başqa, qlobal neft tələbatının gələn il bərpa olunacağı və təxminən 2,2 milyon barel artacağı gözlənilir. Bu göstərici 2025-ci ilin orta səviyyəsindən sutkada təxminən 1 milyon barel yüksəkdir”, - deyə EIA qeyd edir.
