“Hapag-Lloyd” şirkəti ikinci rübdə Hörmüz boğazının bağlanmasının ona 600 milyon dollara başa gəldiyini açıqlayıb.
NUHÇIXAN "ƏL-Cəzirə"yə istinadən xəbər verir ki, şirkət xalis mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 306 milyon dollardan 83 milyon dollaradək azaldığını açıqlayıb.
“Hapag-Lloyd” əlavə edib ki, Asiyadan olan böyükhəcmli ixrac və ABŞ-də artan tələbat Yaxın Şərqdəki fasilələrin səbəb olduğu itkiləri qismən kompensasiya edib. Boğazın bağlanmasından sonra gəmi yanacağı, sığorta, saxlama, marşrutun dəyişdirilməsi və daxili nəqliyyat üçün yaranan əlavə xərclər səbəbindən şirkətin əməliyyat mənfəəti 167 milyon dollardan 153 milyon dollara düşüb.
Qeyd edək ki, Almaniyanın nəhəng gəmiçilik şirkəti olan "Hapag-Lloyd" dünyanın ən böyük konteyner daşıma şirkətlərindən biridir.
