Almaniyanın Troyxtlingen şəhərində dəmir yolunda partlayıcı qurğu aşkarlanıb

A- A A+

Almaniyanın Troyxtlingen şəhərində (Bavariya əyaləti -red.) vağzalın dəmir yolu xəttində partlayıcı qurğu aşkarlanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

"Hazırda federal polisin xüsusi təyinatlı qüvvələri potensial partlayış təhlükəsi olan obyekti təhlil edir. Yol hərəkətinə qoyulan irimiqyaslı məhdudiyyətlər hələlik qüvvədə qalır. Hazırda avtomobil və dəmir yolu hərəkəti məhdudiyyətlərinin nə qədər davam edəcəyini əvvəlcədən deyə bilmərik. Alte Burqştrasse/Vettenshaymerştrasse ərazisindən uzaq durmağınızı xahiş edirik", - polisin məlumatında bildirilib.

Troyxtlingen ərazisində qatarların hərəkəti tam dayandırılıb.

Şəhər Vaysenburq-Quntsenhauzen rayonunda yerləşir, orada təqribən 13 min sakin yaşayır.

Daha əvvəl Almaniyada Yulix Tədqiqat Mərkəzinin ərazisində bomba aşkarlandığı və müəssisənin müvəqqəti bağlandığı barədə məlumat verilmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: