Yaponiyada şiddətli yağışlar nəticəsində azı beş nəfər ölüb

A- A A+

Yaponiyanın mərkəzi hissəsində güclü leysan yağışları nəticəsində azı beş nəfər həlak olub, bir nəfər isə itkin düşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə təbii fəlakətin əsas zərbəsinə məruz qalan Tiba prefekturasının hakimiyyət orqanları məlumat verib.

Yaponiyanın İnzibati İşlər və Kommunikasiya Nazirliyinin məlumatına görə, cümə günü səhər saatlarına kimi Tiba və qonşu İbaraki prefekturasının ən azı 120 min sakini üçün təxliyə göstərişləri qüvvədə qalıb.

Şiddətli yağışlar səbəbindən dəmir yolu nəqliyyatında, o cümlədən Narita hava limanını Tokio ilə birləşdirən xəttlərdə fasilələr yaranıb. Yaponiya paytaxtına gedə bilməyən 7 minə yaxın insan hava limanında qalıb.

Ölkənin mərkəzi hissəsinin ayrı-ayrı rayonlarında bir sutka ərzində 360 mm-dən çox yağıntı düşüb. Güclü yağışlar elektrik verilişi xətlərinin zədələnməsinə də səbəb olub.

Tiba prefekturasında azı 25 min ev təsərrüfatı elektriksiz qalıb. Hakimiyyət orqanları təbii fəlakətin nəticələrini aradan qaldırmaqda davam edir və sakinləri təxliyə göstərişlərinə əməl etməyə çağırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: