Fransanın Mərkəzi Afrika Respublikasındakı səfiri ilə bağlı araşdırma başlayıb

A- A A+

Fransanın Mərkəzi Afrika Respublikasındakı səfiri Bruno Fuşeyə qarşı intizam araşdırmasına start verilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə qərar Banqidə aparılan inzibati araşdırmadan sonra qəbul olunub. Araşdırma Fransa mətbuatında səfirin diplomatik iqamətgahda çoxlu gənc qadınları qəbul etməsi ilə bağlı yayılan məlumatların fonunda aparılır.

Fransanın Xarici İşlər Nazirliyi Bruno Fuşeyə qarşı intizam prosedurunun başladığını təsdiqləyib.

Qeyd edək ki, Fransada nəşr olunan satirik “Le Canard enchaıne” nəşrində səfirin 2024-cü ilin yanvarından 2026-cı ilin martınadək iqamətgahdakı şəxsi mənzillərinə təxminən 30 gənc qadını dəvət etdiyi barədə məlumat yayımlanıb. Nəşrin iddiasına görə, bu ziyarətlər diplomatik iqamətgahın təhlükəsizliyinə cavabdeh xidmətlərdə narahatlıq yaradıb. Bundan sonra Xarici İşlər Nazirliyi səfirlikdə yoxlama aparıb və araşdırmanın nəticəsi olaraq intizam proseduruna başlanılıb.

Nəşr yazır ki, araşdırma çərçivəsində Bruno Fuşey iki dəfə dindirilib və o, bəzi etiraflar edib.

Fransa Xarici İşlər Nazirliyi hələlik səfirlə bağlı addım atmayıb, araşdırma davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: